"Kim əsəbləşir, hirsini tökür "Sumqayıt"ın üstünə, gedir"

24 Dekabr 2022 20:00 Sumqayıt 474
"Kim əsəbləşir, hirsini tökür "Sumqayıt"ın üstünə, gedir"

"Sabah"la oyuna kimi "Sumqayıt" mövsümdə ilk dəfə idi ardıcıl 3 oyun məğlubiyyət yaşamırdı.

"Kəpəz" (1:0) və "Səbail"i udan (2:0) komanda "Qəbələ" ilə bərabərə qalmışdı (2:2).

Bu nəticələr yerli tərəfdarlara Masazır təmsilçisi ilə oyunda da böyük ümid verirdi. Ki, ən azı müsbət nəticə olmasa da, yaxşı mübarizə ilə fasiləyə yollanacaqlar.

Amma 2022-ci ilin son oyunu onlar üçün böyük biabırçılıqla yadda qaldı. "Kimyaçılar" tarixinin ən ağır məğlubiyyətlərindən birini yaşadı - 0:6.

Darmadağından böyük üzüntü keçirən fanatlar əsəblərini klubun sosial şəbəkə hesablarına yazıdıqları sərt sözlərlə "soyutmaq" yolunu seçiblər:

"Komanda bütövlükdə dəyişməlidir".

"Qapıçı yox idi?".

"Yaxşı məşq etmək lazımdır. Gündə azı 3 dəfə. Nəticə dərhal görsənəcək".

"Matç yox, əzab-əziyyət".

"Samir Abasov gələndə, dedim, düzələcək, yəqin. Sən demə, görəcəkli günlərimiz indi başlayır ki...".

"Üzünüz ağ olsun"

"Oynamadılar heç".

"Adam bu qədər qol buraxar?".

"Biabırçılıq oldu".

"Qapıçı olmadan oynamaq lazım deyildi".

"Yeni oyunçulara ehtiyac var".

"Patardəyişmə otağından siz Allah çıxmayın".

"Kim əsəbləşir, hirsini tökür "Sumqayıt"ın üstünə, gedir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti