"Sumqayıt"ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rusiyidan "Krılya Sovetov" ilə qarşılaşacaq.
Görüş yanvarın 17-nə planlaşdırılıb.
Premyer Liqada mübarizə aparan Samara təmsilçisi 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.
"Sumqayıt" yanvarın 5-dən 18-dək Lara bölgəsində hazırlıq keçəcək. Komandanın digər sınaq matçı yanvarın 12-nə nəzərdə tutulub.

