“İndi dayanmaq olmaz, ilin sonu üçün 1 oyunumuz qalıb“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın legioneri Steven Pereyra deyib.
Kabo Verde millisinin da şərəfini qoruyan müdafiəçi dayanmaq lazım olmadığını bildirib. Afrikalı arxa xətt oyunçusu Premyer Liqanın son 3 turundakı uğurlu çıxışın davamını gətirməyə çalışacaqlarını söyləyib:
“Sabah“la qarşılaşmaya da var qüvvəmizlə hazırlaşıb, fasiləyə yaxşı əhval-ruhiyyə ilə getmək istəyirik. Vəziyyətimiz elədir ki, mütləq nəticə qazanıb, bu durumdan qurtulmalıyıq.
Buna da inamımız yüksəkdir. İndi komandada ab-hava əladır. Güvənimiz yerinə gəlib.
Rəhbərliyin, məşqçilərin və azarkeşləritn etimadını doğrultmaq üçün əlimizdən gələni etməliyik”.

