Liberiya yığmasının hücumçusu Azərbaycan klubu ilə BU QİYMƏTƏ RAZILAŞDI

18 Dekabr 2022 09:40 Sumqayıt 2 290
Liberiya yığmasının hücumçusu Azərbaycan klubu ilə BU QİYMƏTƏ RAZILAŞDI

“Sumqayıt” düşərgəsinə yeni legioner gətirib.

“Kimyaçılar” Terrens Tisdellə razılaşıb.

Bir müddətdir klubun düşərgəsində olan 24 yaşlı hücumçu ilə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

«Gənclik şəhəri» təmsilçisi liberiyalı forvardla 1,5 illik anlaşma bağlanması nəzərdə tutulub. Afrikalı hər ay üçün 5000 dollar maaş alacaq.

Karyerası ərzində İsraildə “Hapoel” (Petah Tikva), Türkiyədə “Kocaelispor” kimi klublarda çıxış etmiş Tisdell son olaraq Rumıniyada “Botoşani”nin formasını geyinib.

O, sentyabrdan azad agent statusu daşıyır. Cinah oyunçusu 2016-cı ildə debüt etdiyi Liberiya yığmasında 13 oyunda 1 qola imza atıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti