«Sumqayıt» rəhbərliyi Damian Daniçiçlə ortaq məxrəcə gəlib.
Yönətim Samir Abasovun əsas komandadan kənarlaşdırdığı xorvatiyalı legionerlə yolları ayıra bilib.
Yayda Azərbaycana gələn və 3 illik müqavilə imzalayan mərkəz müdafiəçisi son təkliflə razılaşıb və kontrakta xitam verilib. Ona təzminat olaraq 2 aylıq əməkhaqqısı ödəniləcək.
Baş məşqçi balkanlı arxa xətt oyunçusunu əvəzedici heyətə göndərib. Abasovun bir daha dönüşünü istəmədiyi 2000-ci il təvəllüdlü Damian sonuncu dəfə noyabrın 15-də, Premyer Liqanın 13-cü turunda meydana çıxıb.
"Srvena Zvezda"nın yetirməsi olan Daniçiç karyerası ərzində həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib
SPORTİNFOAZ

