Bosniyalı forvard Azərbaycana nəyə gəlmişdi, necə qarşılandı?

17 Dekabr 2022 16:40 Sumqayıt 845
Bosniyalı forvard Azərbaycana nəyə gəlmişdi, necə qarşılandı?

Almir Aqansphaiç "Sumqayıt"dakı durumundan razı deyil.

Səbəb baş məşqçi Samir Abasovun ona yetəri qədər şans verməməsidir.

Təcrübəli mütəxəssis ilk vaxtlar bosniyalı forvarda nisbətən güvənirdi. Hətta onun gəlişindən sonra Almir "Qarabağ"la oyunda fərqlənməyi də bacarmışdı.

Amma son 5 görüşdə onun məşqçinin "qara siyahısı"na düşdüyünü deyə bilərik.

Hər halda 5 matçda cəmi 45 dəqiqə oynamağın başa adı ola bilməz.

İki görüşdə ümumiyyətlə meydana çıxmayan forvard digər 3 oyunda da göründüyü kimi çox az şans qazanıb.

Bosniyalı oyunçu məxsus olduğu Serbiya klubu "Çukariçki"də də güvənilən sima olmayıb.

Elə "Kimyaçılar"a gəlməsində əsas məqsədi də davamlı oyun praktikası qazanmaq idi.

Görünür, Abasov nə qədər ki, bu komandadadır, onun da arzuladğı şansı əldə etməsi müşkülə çevriləcək.

26 yaşlı ön xətt oyunçusu Serbiya təmsilçisinindən mövsümün sonuna kimi icarəyə götürüb.

O, arxada qalan müddətdə 12 görüşdə meydana çıxıb və 2 qol vurması ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti