Azərbaycanda istefaya göndərilən baş məşqçi özünə yeni klub tapdı?

16 Dekabr 2022 11:00 Sumqayıt 928
Azərbaycanda istefaya göndərilən baş məşqçi özünə yeni klub tapdı?

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandası ilə anlaşıb.

Sportinfo.az-ın “Football.by”yə istinadən məlumatına görə, Azərbaycan təmsilçisinin sentyabrda istefaya göndərdiyi 41 yaşlı mütəxəssis keçmiş klubu ilə müqavilənin bütün detallarını razılaşdırıb.

Soliqorsklular baş məşqçi Miliç Çuriçiçlə yollarını ayırmağa hazırlaşır. Yaxın günlərdə Çuriçiç istefaya göndəriləcək və Baqa ictimaiyyətə rəsmən təqdim olunacaq.

Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti