Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "Səbail"i qəbul edib.
"Kapital Bank Arena" stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Gənclik şəhəri" təmsilçisindən qolları 9-cu dəqiqədə Stiven Pereyra, 54-cü dəqiqədə isə Vüsal İsgəndərli vurublar.
Bu qələbədən sonra xallarını 12-yə çatdıran "Sumqayıt" son pillədən xilas olaraq, 8-ci sıraya yüksəlib. Əvəzində isə 10 xalı olan "Səbail" 10-cu yerə enib.

