“Sumqayıt” Premyer Liqaya daha bir gənc futbolçu qazandırdı

15 Dekabr 2022 16:40 Sumqayıt 736
“Sumqayıt” Premyer Liqaya daha bir gənc futbolçu qazandırdı

Premyer Liqanın 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” (2:0) qarşılaşması Nihad Əhmədzadə üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla, Azərbaycan çempionatlarında debüt edib.

Nihad həmçinin cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.

“Sumqayıt”ın tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar.

Belə ki, baş məşqçi Samir Abasov 2017/2018 mövsümündə “Sumqayıt”ı çalışdırarkən, Səbuhi Abdullazadə komandanın heyətində debüt etməklə, Premyer Liqanın tarixinə düşüb. O zaman Səbuhinin 15 yaşı var idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti