Gənc futbolçulara bundan əla müjdə? - Abasov dedi ki...

16 Dekabr 2022 17:00 Sumqayıt 630
Gənc futbolçulara bundan əla müjdə? - Abasov dedi ki...

Gənc futbolçuların üzə çıxması üçün onlara inanmaq mütləqdir.

Məşqçilər gənclərə inanmalı, şans verməli, yalnışlarına səbr etməlidir. Əks halda, hansısa gəncin inkişafından, niyə üzə çıxmamasından gileylənmək yersizdir.

Bütün klublarımızda, bu, varmı? Təbii ki, cavab “yox” olacaq.

Amma bütün klublarımzda gənclərlə bağlı prosesin boşluq içində olduğunu da iddia etmək olmaz.

Bəzi klublar zaman-zaman gəncləri diqqətdə saxlamağa çalışır. Məsələn, “Sumqayıt” kimi. Bu klubu nümunə götürməyim səbəbsiz deyil. Ən son “Kimyaçılar”da bir gənc futbolçunun Premyer Liqa səhnəsinə çıxarılmasına şahidlik etdik.

Mövzu da elə buradan qaynaqlanıb. Söhbət “Gənclik şəhəri” təmsilçisinin “Səbail”lə qarşılaşmada 16 yaşlı Nihad Əhmədzadəyə meydan verməsindən gedir.

Təbii ki, alqışa layiq addım birbaşa baş məşqçi Samir Abasovla bağlıdır. Hər halda daha əvvəl Aleksey Baqanın dönəmində oxşar mənzərə xatırlamıram. Ən son da ondan əvvəl Ayxan Abbasovun dönəmində belə tendensiya yaşanıb. Yenə də qanı qanımızdan, canı canımızdan olanlar.

Abasovun klubu heç də xoş günlərdən keçmir. “Ölü” komandaya “dirilik” verməyə çalışan mütəxəssis üçün bu aralar xal(lar) qazanmaq qızıla bərabərdir. Ki, turnir cədvəlinin zirzəmisindən qurtula bilsinlər. Heyətdə problemlər en qədər. Yeni transferlərin axtarışı saatlarla vaxt aparır. Hamıdan öncə bazaya gələn Abasov buranı ən sonda da tərk edir.

Hər kəsin ondan umduğu kollektivi düşdüyü biabırçı vəziyyətdən xilas etməkdir. Heç fanatların, rəhbərliyin də indiki halda akademiya gəncləri yadına düşmür.

Amma bütün çətinliklərin, problemlərin içində və özündə belə məcburiyyətin olmadığı zamanda çalışdırıcı hansısa gəncin inkişafını, potensialının açılmasını düşünür.

“Səbail”lə oyunda hesab heç 5:0 da deyildi ki, hardasa qərarı bununla bağlayasan. Cəmi 2 qolluq üstünlük vardı. Qarşıda isə 10 əsas, minimum 5-6 artırılacaq əlavə dəqiqə vardı. Hər an buraxılacaq bir qol ikinci qola “hamilə” olacaqdı.

Görünür, bu təhlükəni də göz önünə alan Samir bəy üçün Nihadın Premyer Liqa publikasına tanış edilməsi daha önəmliymiş.

Oyundan sonra baş tutan mətbuat konfarınsa baş məşqçinin “Belə futbolçularımız yetişsin ki, kompüterin qabağında legioner axtarmayaq" ismarıcı da digər gənclərə ünvanlanan əla mesaj oldu.

İndi onlar daha inamla, əzmlə çalışacaq/çalışmalıdır! A komandasında onların yolunu gözləyən bir baş məşqçi var deyə.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti