Daha qovulmaq istəmirlər – Xəbərdarlıq işə yaradı

15 Dekabr 2022 09:40 Sumqayıt 718
Daha qovulmaq istəmirlər – Xəbərdarlıq işə yaradı

«Şeytanın qıçını» Gəncədə sındıran «Sumqayıt», deyəsən, özünə gəlib.

İlk qələbəni 16 həftə gözlədilər. Artıq bu say ikidir.

Turnir cədvəlinin son pilləsini «Səbail»ə təhvil verdilər, 8-ci sıraya yüksəldilər.

Samir Abasov stəkanda fırtına qoparmır. Köhnə-yeni baş məşqçi bunu edə bilsəydi, elə gəldiyi ilk vaxtlarda edərdi.

Məsələ ondadır ki, Abasovun xəbərdarlığı işə yarayıb, onun «kütləvi təmizləmə» aparmağa hazırlaşması barədə dedikləri futbolçuları qəflət yuxusundan ayıldıb.

Abasov nüfuzunu «xərcləmək» üçün «Sumqayıt»a qayıtmayıb. Şəhər əhalisi ona simpatiya bəsləyir və həqiqi xilaskar gözüylə baxır.

İctimai gözlənti çox böyükdür, lakin bəzən unudurlar ki, Samir bəyin sehrli çubuğu yoxdur, gedişatı kökündən dəyişməsi zaman udacaq.

O vaxtın yetişməsini bu gün yalnız xəyal etmək olar. Çün Abasov özünün yığmadığı heyətlə çalışmaq məcburiyyətindədir, yar-yarağı az və zəifdir.

«Səbail» iki standart epizodda vurulan qollarla məğlub edildi.

Yanvarda klubdan ayrılması gündəmə gələn Vüsal İsgəndərli ilə Steven Pereyra bu matçın müqqəddəratını müəyyənləşdirdi: bir qol, bir ötürməylə.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti