"Çox vacib qol idi. Həm özüm, həm də komandam üçün”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib.
Premyer Liqanın 16-cı turunda komandasına cari mövsümün ilk qələbəsini qazandıran müdafiəçi 89-cu dəqiqədə “Kəpəz”ə vurduğu qolu heç vaxt unutmayacağını bildirib:
“Daha əvvəl də karyeramda önəmli qollar olub. Məsələn, "Qəbələ"də belə bir qolumu xatırlayıram.
O vaxt çempionatda “altılıq” sistemi vardı. Qəbələdə baş tutan oyunda ilk “altılığ”a düşməyimiz üçün qələbə mütləq idi.
Sonuncu oyun gedir və hesab 1:1-dir. Cərimə zərbəsindən vurduğum qolla 2:1 qalib gəlmişdik. Bu iki qol hər zaman yaddaşımda qalacaq".

