Yaxınlarda istifadəyə veriləcək Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda daha bir yenilik ediləcək.
İnşaatı 3 il davam eləyən və tamamilə yenilənən arenanın ərazisində baza-otel tikiləcək.
Buradan həm idman cəmiyyətlərinin nümayəndələri, həm də adi qonaqlar yararlana biləcək.
Həmçinin tərkibində fitnes zalı da daxil olmaqla, idman-sağlamlıq mərkəzinin açılması nəzərdə tutulub.
Şəhərdə fəaliyyət göstərən şirkət və müəssisələr də stadionda ofis icarəyə götürə biləcək.
SPORTİNFO.AZ

