"Açığı, əvvəlcədən ürəyimə dammışdı ki… Bu, Allahın qisməti idi"

11 Dekabr 2022 17:00 Sumqayıt 762
"Açığı, əvvəlcədən ürəyimə dammışdı ki… Bu, Allahın qisməti idi"

"Açığı, qol vuracağım əvvəlcədən ürəyimə dammışdı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

Premyer Liqanın 16-cı turunda "Kəpəz"ə vurduğu qola komandasına cari mövsümün ilk qələbəsini qazandıran müdafiəçi həmin anda fərqlənəcəyini hiss etdiyini dilə gətirib:

"Hətta cərimə zərbəsindən əvvəl Rüfət Abdullazadə ilə danışdım ki, ötürməni bacar, mən olan zonaya göndər.

O da həqiqətən mükəmməl ötürmə verdi. Vurduğum baş zərbəsindən sonra top "doqquzluğ"a daxil oldu. Bu, Allahın qisməti idi ".

Vurğun Hüseynov Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti