Azərbaycan klubunun legioneri: “Vəziyyətimizi yaxşılaşdırmalıyıq”

10 Dekabr 2022 23:00 Sumqayıt 639
Azərbaycan klubunun legioneri: “Vəziyyətimizi yaxşılaşdırmalıyıq”

"Qələbə qazanmaq hər zaman gözəldir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın şimalı makedoniyalı legioneri Todor Todorovski deyib.

“Sumqayıt” Premyer Liqanın 2022/23 mövsümündə ilk qələbəsini qazanıb.

“Gənclik şəhəri” təmsilçisi 16-cı turda “Kəpəz”ə qalib gəlib. Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Sumqayıtın eyniadlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.

197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.

23 yaşlı müdafiəçi bundan sonrakı arzularının Gəncədə əldə etdiyi ilk qələbənin davamını gətirmək olduğunu söyləyib:

“İndi qələbə ruhumuzu davam etdirib, növbəti iki oyuna maksimum hazırlaşmalıyıq. Əsas hədəfimiz son iki oyunda yaxşı nəticə qazanıb, fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaqdır.

Qarşıdakı turlarda naksimum nəticə qazanıb həm azarkeşimizi sevindirməliyik, həm də turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti