“Sumqayıt” üçün 3 min dollarlıq imkan – Samir Abasovun qərarı

10 Dekabr 2022 21:20 Sumqayıt 1 280
“Sumqayıt” üçün 3 min dollarlıq imkan – Samir Abasovun qərarı

Samir Abasov “Sumqayıt”a baş məşqçi təyin olunan kimi islahatlara start verdi.

8 ildən sonra “Neftçi”lilərə çempionluq sevinci yaşadan 44 yaşlı mütəxəssisin ümidi növbəti mövsümədir.

İndi kubok mübarizəsi vaxtından əvvəl başa çatıb, komandası Premyer Liqada sonuncu pillədə yer alıb.

Abasovun yola saldığı ilk futbolçu Araz Abdullayev oldu. Sabiq milli üzvünə qapını göstərən baş məşqçi çox keçmədən Damian Daniçiçin də xidmətinə ehtiyac duymadı.

22 yaşlı xorvat hələ ki, əvəzedici komanda ilə məşq etsə də, indidən özünə yeni iş yeri axtarır.

Daniçinin gedişi “Sumqayıt”a aylıq 3 min dollar qazandıracaq. Yayda “kimyaçılar”la müqavilə bağlayan cinah müdafiəçisinin Azərbaycandakı məvacibi məhz bu qədərdir.

Onun gedişi ilə “Sumqayıt” həmin qiymətə ya yerli, ya da başqa bir legioner gətirmək imkanına sahib olacaq.

Damian Daniçin cari mövsümdə Premyer Liqada şans qazandığı 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti