Azərbaycan klubu 4 legionerlə müqavilə bağlamaq ərəfəsində

10 Dekabr 2022 14:40 Sumqayıt 1 448
Azərbaycan klubu 4 legionerlə müqavilə bağlamaq ərəfəsində

Premyer Liqanın 16-cı turunda uğursuzluq zolağından çıxan «Sumqayıt» transfer çalışmalarını sürətləndirib.

«Kimyaçılar» bu qış daha səviyyəli legionerlərlə anlaşmağa səy göstərir.

«Gənclik şəhəri» təmsilçisi əsasən postsovet məkanından olan futbolçulara təmas qurub. Hər halda Samir Abasovun bəyəndiyi və danışıqlar aparılan oyunçuların bir çoxu bu ölkələrdəndir.

Hazırda 4 belə legionerlə görüşmələr müsbət yöndə davam edir və «Sumqayıt», böyük ehtimalla, qarşıdakı günlərdə onların məsələsində son nöqtəni qoyacaq.

Yeni gələcək əcnəbilərin dəyəri? Burada da artım var.

Abasov komandanın həqiqətən güclənməsini istəyir və onun diqqətini çəkən futbolçuların aylıq qiyməti 8000-10000 dollar civarındadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti