COP29

Bölgə klubları “Sumqayıt”ın hücumçusunu istəyir

9 Dekabr 2022 23:00 Sumqayıt 1 115
Bölgə klubları “Sumqayıt”ın hücumçusunu istəyir

Xəzər Mahmudov “Sumqayıt”da son günlərini yaşayır.

22 yaşlı hücumçu qış fasiləsindən sonra karyerasını Premyer Liqanın başqa komandasında davam etdirəcək.

Buna səbəb Mahmudovun Samir Abasovdan şans qazanmamasıdır. Ötən mövsüm ağır zədə alan və əməliyyatdan sonra uzun müddət yaşıl meydanlardan kənarda qalan Xəzər, artıq xeyli vaxtdır sıraya dönüb.

Lakin baş məşqçi ona lazımi qədər güvənmir. Futbolçu isə mütəmadi oynaya biləcəyi yeri arzulayır.

Xəzər müştərisi qapıdadır. Tərlan Əhmədov onu “Kəpəz”də görməyi arzulayır. Təcrübəli çalışdırıcı “Keşlə”ni çalışdırdığı vaxtdan tanıdığı forvardı Gəncədə sərəncamında görmək istəyir.

“Turan Tovuz” variantı da var. İş burasındadır ki, Ayxan Abbasov da insani və futbolçu keyfiyyətlərini bəyəndiyi, ötən mövsümün ilk yarısında “Sumqayıt”da birgə çalışdığı Mahmudovu komandasında arzulayır.

Xəzər Mahmudov ötən mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 13 matçda şans qazanıb. Cari mövsümdə 1 oyunda forma geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"