"Samir Abasov dedi ki..."

8 Dekabr 2022 23:00 Sumqayıt 392
"Samir Abasov dedi ki..."

"Sumqayıt" 15 oyunluq qələbə həsrətinə Gəncədə son qoydu.

"Kəpəz"lə matçın 89-cu dəqiqəsində əla baş zərbəsi ilə fərqlənən Vurğun Hüseynov komandasının mövsümdəki ilk qələbəsinin memarı oldu.

Kapitan ilk 3 xal sevincini Sportinfo.az-la bölüşüb:

"15 oyundan sonra qələbə qazanmaq çox sevindirci idi. Qələbəni azarkeşlərimizə həsr edirik. İnşallah, davamı qarşıdakı oyunlarda da gələr".

Uzun aradan sonra qırılan qələbəsizlik seriyası matçdan sonra futbolçular arasında uzun müddət qeyd olundu. Bəs paltardəyişmə otağında nələr yaşandı?

"Baş məşqçi Samir Abasov sakit olmağımızı, bu oyunu yaddan çıxarmağımızı və qarşıdakı oyunlara hazırlaşmağı tapşırdı.

Bildirdi ki, qələbəyə rəğmən, hələ də sonuncu yerdəyik və bu yerdən əl-ələ verib çıxmalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"