Millimizin sabiq üzvündən tribunları coşduran ÖTÜRMƏLƏR - VİDEO

9 Dekabr 2022 23:40 Sumqayıt 645
Millimizin sabiq üzvündən tribunları coşduran ÖTÜRMƏLƏR - VİDEO

“Sumqayıt” uğursuz mövsüm keçirsə də, heyətindəki bütün futbolçular barədə eyni sözləri demək olmaz.

Məsələn, Vüsal İsgəndərli kimi.

Ötən il Türkiyədə legioner həyatı yaşayan cinah yarımmüdafiəçisi hazırda “Kimyaçılar”ın ən önəmli fiqurlarından biri olduğunu deyə bilərik.

Əbəs deyil ki, İsgəndərli arxada qalan 16 turda komandasının vurduğu 8 qoldan 4-də birbaşa iştirak edib.

3 halda qol ötürməsini veribsə, bir dəfə özü fərqlənib. Bu, bütün komandanın məhsuldarlığının 50%-i deməkdir.

Amma indi nə onun qolundan, nə də asistlərindən danışmaq fikrim yoxdur. Bu dəfə sizə 27 yaşlı futbolçunun müxtəlif rəqiblərlə oyunlarda etdiyi gözəl ötürmələri təqdim edəcəyik.

Milli komandanın sabiq üzvü dəfələrlə etdiyi daban ötürməsi ilə komanda yoldaşlarını sürətli əks-hücumlara çıxarmaq bacarığını göstərmiş olur.

Tribunalarda oturan azarkeşlərin zövqünü oxşayan həmin anları aşağıdakı linkə izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!