Tikintisi başa çatan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun rəsmi açılışı 4 ay sonra ola bilər.
Hazırda arenada son tamamlama işləri görülür.
İnşaatı bir neçə ildir davam edən və 5 milyon manatdan çox xərc aparan arenanın qazonu hələ istifadəyə yararlı hala gəlməyib.
Meydançanın durumunu incələyən aqoronomlar gələn ilin martınadək gözləmək lazım gəldiyini söyəyiblər. Onlar qəti şəkildə bildiriblər ki, yaşıl sahə həmin vaxtdan tez istismar olunsa, qısa bir müddətdə sıradan çıxacaq.
Bununla bağlı yerli İcra Hakimiyyətində məsləhətləşmə aparılıb.
Ola bilsin ki, yaxın vaxtlarda təqdimat mərasimi keçirilsin, ancaq burada ilk oyunun təşkili üçün deyilən müddəti gözləmək gərəkdir.
SPORTİNFO.AZ

