“Sumqayıt” üçün “Deluxe” - Kimliyi hələ məlum deyil

7 Dekabr 2022 22:40 Sumqayıt 439
“Sumqayıt” üçün “Deluxe” - Kimliyi hələ məlum deyil

“Sumqayıt”ın qış təlim-məşq toplanışı planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.

2023-cü il yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq

“Sumqayıt” bu müddətdə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Baş məşqçi Samir Abasov yetirmələrini yanvarın 12-də və 17-dəki matçlarda sınayacaq. Ancaq rəqiblərin kimliyi hələ məlum deyil.

Premyer Liqanın ilk 16 turunda 9 xal toplayan “Sumqayıt” turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!