“Sumqayıt”ın makedonu: “Çox darıxmışdıq, indi xoşbəxtik”

7 Dekabr 2022 21:00 Sumqayıt 412
“Sumqayıt”ın makedonu: “Çox darıxmışdıq, indi xoşbəxtik”

“Kəpəz”lə qarşılaşma bizim üçün olduqca vacib idi".

Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Todor Todoroski deyib.

Şimali Makedoniya millisinin üzvü Premyer Liqanın 16-cı turunda keçirilən matçdan (1:0) danışıb.

“Kimyaçılar”ın legioneri Gəncədəki qarşılaşmadan əvvəl qələbəyə böyük inamlarının olduğunu bildirib:

"Kubokda onlara məğlub olaraq, mübarizəni erkən başa vurmuşduq. Amma bu dəfə qələbəyə çox inanırdıq.

Son iki matçımızı komanda olaraq çox yaxşı oynamışdıq. Bu səbəbdən qələbə qazanacağımıza ümidimiz olduqca böyük idi.

Çox çətin səfər oyununda 3 xal qazandığımız üçün indi xoşbəxtik. Bu qələbə üçün çox darıxmışdıq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti