"Sumqayıt" yeni avtobus alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, nəqliyyat vasitəsi yeni dizaynı ilə komandanın ixtiyarına verilib.
Avtobusun hansı məbləğə başa gəldiyi açıqlanmayıb. Bizdə olan bilgiyə görə, "kimyaçılar" bu miniyi dövlətin AFFA vasitəsilə onlara ayırdığı maliyyə yardımının hesabına əldə edib.
Maddi dəstək paketinin cari xərclər üçün nəzərdə tutulmuş bölümündə bununla bağlı qeyd də öz əksini tapıb.
Avtobusun dəyəri 150-200 min manat civarındadır.
SPORTİNFO.AZ


