Samir Abasov bu legioneri də komandadan kənarlaşdırdı

2 Dekabr 2022 14:00 Sumqayıt 882
Samir Abasov bu legioneri də komandadan kənarlaşdırdı

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov daha bir futbolçunu əsas komandadan kənarlaşdırıb.

Araz Abdullayevin xidmətindən imtina edən çalışdırıcı bu dəfə eyni addımı Damian Daniçiçlə bağlı atıb.

Yayda Azərbaycana gələn və 3 illik müqavilə imzalayan xorvatiyalı legioner əvəzedici heyətə göndərib.

Abasovun bir daha dönüşünü istəmədiyi 2000-ci il təvəllüdlü balkanlı sonuncu dəfə Premyer Liqanın 13-cü turunda meydana çıxıb.

Noyabrın 5-də «Neftçi» ilə keçirilən ev matçında 85 dəqiqə forma geyinən Zaqreb «Dinamo»sunun yetirməsi Süleyman Əhmədovla əvəzlənib. Növbəti 2 turda onun adı iştrak ərizəsinə salınmayıb.

Mərkəz müdavfiəçisi artıq I Divizionda da debüt edib. 12-ci turda «Qarabağ»la qarşılaşan gənclər komandasının start heyətində görünən Damian 77-ci dəqiqədə yerini Şəhriyar Fərəcova verib.

SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti