“Sumqayıt”da nə qədər qazanırdı? – Müqaviləsini pozan tanınmış

27 Noyabr 2022 21:20 Sumqayıt 1 107
“Sumqayıt”da nə qədər qazanırdı? – Müqaviləsini pozan tanınmış

Vaxtilə ölkənin ən perspektivli futbolçularından sayılan Araz Abdullayevin “Sumqayıt” karyerası da başa çatdı.

Samir Abasovun gəlişindən sonra əsas heyət üzünə həsrət qalan 30 yaşlı futbolçu komandadan ayrılmaq yolunu seçdi ki, klub rəhbərliyi Abdullayevlə qarşılıqlı razılıq əsasında vidalaşdı.

Bu ayrılıqdan sonra qış fasiləsi öncəsi “Sumqayıt”da yeni transfer üçün birinci şans yaranıb. “Kimyaçılar” Araza verdiyi əməkhaqqını yeni futbolçunun alınmasına ayıracaq.

Bu ilin əvvəlində sumqayıtlılarla müqavilə bağlayan Abdullayevin buradakı aylıq məvacibi 3500 manat, təxminən 2000 dollar idi.

“Neftçi”nin yetirməsi olan Araz Abdullayev vaxtilə bu komanda ilə yanaşı “Panionios” (Yunanıstan), “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ”, “Boluspor” (Türkiyə) və “Etnikos”un (Kipr) şərəfini qoruyub.

O, 16 yaşından cəlb olunduğu Azərbaycan yığmasında 43 oyunda 3 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO