"Sumqayıt" rəhbərliyi futbolçular üçün bunu da etdi - FOTO

26 Noyabr 2022 22:20 Sumqayıt 1 198
"Sumqayıt" rəhbərliyi futbolçular üçün bunu da etdi - FOTO

"Sumqayıt"ın bu mövsüm uğursuzluğu davam edir.

Premyer Liqada 14 turdu qələbəyə həsrət qalan kollektov ötən həftə "Kəpəz"ə uduzmaqla (0:1) ölkə kubokunda da mübarizəni dayandırmış oldu.

Bütün başverənlərə rəğmən klub rəhbərliyi uğursuzluqdan çıxmaq yolunda futbolçular qarşısında üzərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirməyə davam edir.

Son olaraq isə bir neçə gün əvvəl "kimyaçılar" yeni avtobusla təmin edilib.

Təbii ki, daha müasir, daha rahat minik maşının alınması futbolçuların rahatçılığına xidmət edir.

Kim bilir, bəlkə də yeri daha rahat olacaq futbolçular bundan sonra meydanda daha yaxşı oynamağa başlayacaqlar.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı