“Rəhbərlik komandanın gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək”

25 Noyabr 2022 17:40 Sumqayıt 498
“Rəhbərlik komandanın gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək”

“Qış fasiləsi vaxtı komandada köklü islahatların aparılıb-aparılmayacağını indi deyə bilmərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

“Kimyaçılar” qış fasiləsinin elan olunmasını böyük səbirsizliklə gözləyir. Mövsümün əvvəlini istədiyi kimi keçirə bilməyən “gənclik şəhəri” təmsilçisinin ciddi islahatlara gedəcəyi ehtimal olunur.

Artıq Araz Abdullayev düşərgəni tərk edib. Sumqayıtlılar millinin sabiq yarımmüdafioəçisi ilə müqaviləyə qarşılıqlı razılşama əsasında xitam verib.

R.Məmmədov bildirib ki, komandada aparılacaq “təmizləmə kampaniya”sının miqyası baş məşqçidən asılıdır:

“Üç futbolçu gedəcək, beş futbolçu gedəcək – bu haqda danışmaq hələ tezdir. Samir Abasov hələlik fikrini rəhbərliyə bildirməyib.

Yəqin ki, çempionatda fasilə yaranan vaxt fikrini deyəcək, biz də ona uyğun hərəkət edəcəyik. Sözsüz, dəyişiklər olacaq.

Baş məşqçi necə desə, rəhbərlik də komandanın gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Samir müəllimin raport hazırlamasını gözləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti