"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor" yolunda?

24 Noyabr 2022 19:20 Sumqayıt 659
"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor" yolunda?

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun "Şaxtyor"a (Soliqorsk) başçılıq edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Vladislav Tatur özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Soliqorsk təmsilçisinin rəhbərliyi komandanın sabiq baş məşqçisini geri qaytarmağı nəzərdən keçirir.

Aleksey Baqa 2021-ci ildə "Şaxtyor"un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb. O, bu ilin sentyabrında "Sumqayıt"dan istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi