Narazılıq böyüyür - Şamaxının ardınca, bu dəfə gərginlik Gəncədə yaşanıb

27 Noyabr 2022 23:40 Sumqayıt 812
Narazılıq böyüyür - Şamaxının ardınca, bu dəfə gərginlik Gəncədə yaşanıb

"Sumqayıt"ın qələbə həsrəti davam edir.

Premyer Liqanın arxada qalan 14 turunda bu hissə həsrət qalan "kimyaçılar"ın düşdüyü "qara zolaq" Azərbaycan kubokunda da davam etdi.

Kubokun 1/8 final mərhələsində Kəpəz"in qonağı olan Samir Abasovun yetirmələri sonda minimal hesablı (0:1) məğlubiyyətə üzülməli oldu.

Son illər komandanın hələ bu qədər aciz duruma düşdüyünü xatırlamıram.

Artıq fanatların da səbr kasası daşıb. Ötən həftə "Şamaxı" ilə səfər matçındakı məğlubiyyətdən (2:4) sonra futbolçulara sərt üzünü göstərən fanatlar bu dəfə eyni addımı Gəncədə atıblar.

Belə ki, final fitindən sonra futbolçuları yanına çağıran tərəfdarlar onlara çox çılğın şəkildə etirazlarını çatdırıblar.

Məğlubiyyətlərdən bezdiklərini dilə gətirən fanatlar futbolçulardan tezliklə toparlanmağı tələb ediblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”