"Sportinq"in yetirməsi baş məşqçiyə sərt reaksiya verdi – CƏZALANACAQ!

24 Noyabr 2022 15:00 Sumqayıt 793
"Sportinq"in yetirməsi baş məşqçiyə sərt reaksiya verdi – CƏZALANACAQ!

«Sumqayıt»ın legioneri Filipe Çabini böyük məbləğdə cərimə gözləyir.

Portuqaliyalı Samir Abasovun qəzəbinə tuş gəlib.

Səbəb dünən «Kəpəz»lə Gəncədə keçirilən kubok oyununda baş verən hadisədir.

Belə ki, 1/8 final mərhələsinə təsadüf edən qarşılaşmanın fasiləsində Stiven Pereyranın yerinə meydana daxil olan yarımmüdafiəçi son dəqiqələrdə baş məşqçinin tapşırıqlarına sərt reaksiya verib.

Çalışdırıcıdan aldığı göstərişə etinasız yanaşan «Sportinq»in yetirməsi əl-qolunu «ölçüb». O. 90+3-cü dəqiqədə hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə də alıb.

Təbii ki, Abasov bütün bunlara biganə qalmayıb. Nizam-intizama xüsusi fikir verən mütəxəssis paltardəyişmə otağında portuqaliyalıya müvafiq xəbərdarlığını edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada