Samir Abasov: "Bununla barışmamışdım, heç vaxt da barışmayacam"

23 Noyabr 2022 16:50 Sumqayıt 504
Samir Abasov: "Bununla barışmamışdım, heç vaxt da barışmayacam"

Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ölkə kubokunun 1/8 final mərhələsinin "Kəpəz"lə görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

Komandasının turnirdə çıxışını başa vurmasını şərh edən çalışdırıcı sualları da cavablandırıb.

- Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bizim işimiz qalan 4 oyuna hazırlaşıb, bacardığımız qədər nəticə qazanmaqdır.

- Bu günkü oyunun gedişində əvvəlki çılğın Samir Abasovu görmədik. Məğlubiyyətlə barışmışdınız?
- Xeyr, məğlubiyyətlə barışmamışdım. Heç vaxt da barışmayacam. Sadəcə olaraq, bütün vəziyyəti anlayıb, səbrli və təmkinli olmağa çalışıram.

- Komandanın uğursuzluğunun əsas səbəbi, əsas çatışmazlıq nə ilə bağlıdır?
- Komandanın çatışmayan cəhəti elə özüdür.

Digər Xəbərlər
Xəbər Lenti