Millimizlə oyunda kölgədə qalan legionerdən XƏBƏR VAR

21 Noyabr 2022 23:00 Sumqayıt 808
Millimizlə oyunda kölgədə qalan legionerdən XƏBƏR VAR

Azərbaycan millisi Şimali Makedoniya səfərindən qələbə ilə qayıtmağı bacardı - 3:1.

Meydan sahiblərinin heyətində isə bizə yaxın tanış olan bir simanın meydanda olmaması diqqətdən qaçmadı.

Söhbət "Sumqayıt" legioneri Todor Todorovskidən gedir.

Amma narahatlığa ciddi əsas yoxdur. Həm millinin, həm də klubunun son zamanlar əsas heyət üzvlərindən sayılan futbolçunun yoxluğu keçirdiyi xəstəliklə bağlıdır.

Belə ki, millinin toplanışından öncə qızdırması olan cinah oyunçusu bir müddət məşqlərdə tam gücü ilə iştirak edə bilməyib.

Hətta "kimyaçılar"ın "Turan Tovuz" və "Şamaxı" ilə oyunlarında Samir Abasov əcnəbi futbolçunu məcburiyyətdən əvəzləməli olmuşdu.

Artıq tam sağalan "12 nömrə" bu gündən Sumqayıt təmsilçisinin düşərgəsinə qoşulub.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti