Premyer Liqa klubunun baş məşqçisi yumşaldı, “endirim" etdi

21 Noyabr 2022 17:40 Sumqayıt 661
Premyer Liqa klubunun baş məşqçisi yumşaldı, “endirim" etdi

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov futbolçulara müəyyən qədər güzəştə gedib.

O, oktaybrda qələbə qazana bilməyən komanda üzvlərini 50 faiz cərimələmişdi.

Bu məbləğ onların maaşından tutulmalı idi.

Çalışdırıcı oyunçularla etdiyi növbəti söhbətin ardından cəriməni 20 faiz aşağı salıb.

Eyni zamanda xəbərdarlıq edib ki, uğursuz çıxışa tezliklə son qoyulmasa, cəza tədbiri noyabr ayına da şamil olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti