Samir Abasov iclasda anons etdi – 10 legioner gətirir

19 Noyabr 2022 10:40 Sumqayıt 1 234
Samir Abasov iclasda anons etdi – 10 legioner gətirir

«Sumqayıt»ın baş məşqçisi qış fasiləsində yeni legionerlərin xidmətindən istifadə edəcək.

O, bu barədə komandadaxili toplantıda bildirib.

«Kimyaçılar»ı Premyer Liqada 7 oyuna çıxaran yeni çalışdırıcı tezliklə ciddi islahatlara start verəcəyinə dair xəbərdarlıq edib.

Cari mövsüm hələ də qələbə qazanmadıqlarına görə futbolçuları kəskin tənqid atəşinə tutan mütəxəssis deyib ki, yayda müqavilə bağlanılan 9 əcnəbi futbolçunun əksəriyyəti ilə dekabrda vidalaşacaq, onların yerini isə 10 xarici tutacaq.

Abasov onu da nəzərə çatdırıb ki, dəyişiklər yerli oyunçulardan da yan ötməyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!