«Sumqayıt»ın baş məşqçisi Samir Abasov komandaxili toplantı keçirilib.
İclas 3 saat davam edib. Çalıdırıcı Premyer Liqanın son turlarında qeydə alınan nəticələrə həsr olunan yığıncaqda kifayət qədər kəskin və konkret danışıb.
O, Şamaxıda 2:4 hesabıyla uduzan kollektivi sərt şəkildə tənqid edib və «vəziyyət belə davam eləyə bilməz» deyib.
Abasov hələ də çempionatda qələbə qazanmadıqlarını futbolçulara xatırladıb və qeyd edib ki, bu, onlara yaradılan şəraitlə tərs-mütənasibdir.
«Sumqayıt»ın mövcud imkanlarla turnir cədvəlinin orta sıralarında qərar tutmalı olduğu halda, son pillədə yer almasını «ağlasığmaz» adlandıran mütəxəssis bildirib ki, tezliklə islahatlara başlayacaq.
Oktyabrda komandanı Aleksey Baqadan təhvil almış baş məşqçi istər yerli, istərsə də legioner futbolçuların «dəmir yumruğ»un təsirini hiss edəcəyini söyləyib.
Abasov komandanın bütün üzvlərini cərimələyib.O, Premyer Liqada qələbə qazana bilməyən futbolçularının əməkhaqqısının yarısını kəsib.
Belə ki, «kimyaçılar» oktyabr ayına olan əməkhaqqının yalnız 50 faizini ala biləcək.
Abasovu ən çox hiddətləndirən son turda «Şamaxı»ya məğlubiyyətdir. Əyalətdə keçirilən oyunda 2:4 hesablı yenilgindən pis təsirlənən çalışdırıcının Vüqar Bəybalayevi əvəzedici heyətə göndərməsini də bir daha qeyd edək.
SPORTİNFO.AZ

