“Həqiqətən arzuolunmaz bir vəziyyətdəyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
Komandanın Premyer Liqanın ilk 14 həftəsindəki çıxışını dəyərləndirən funksioner çətin vəziyyətə düşdüklərini, bununla belə, çıxış yolu tapacaqlarına əmin olduqlarını bildirib:
“Qara zolağ”a düşmüşük. Klub olaraq çox çətinlik çəkirik. Amma ümidimizi itirmirik. Gələcəyə nikbin baxırıq.
İnşallah, əl-ələ verib, yeni baş məşqçimizıə bu vəziyyətdən çıxacağımıza inanırıq. Sadəcə, bir az zamana ehtiyacımız var.
Azarkeşlərimiz səbrli olsun. Biz həmişə onlara arxalanmışıq və onlardan dəstək görmüşük.
Klub rəhbərliyi və məşqçilərimiz sumqayıtlı azarkeşlərin bundan sonra da komandaya dəstək verəcəyinə əmindir”.

