«Sumqayıt»ın baş məşqçisi Samir Abasov növbəti cəza tədbirini işə salıb.
Ötən ay görəvə qayıdan mütəxəssis komandanın bütün üzvlərini cərimələyib.
O, Premyer Liqada qələbə qazana bilməyən futbolçularının əməkhaqqısının yarısını kəsib. Belə ki, «kimyaçılar» oktyabr ayına olan əməkhaqqının yalnız 50 faizini ala biləcək.
Abasovu ən çox hiddətləndirən son turda «Şamaxı»ya məğlubiyyətdir. Əyalətdə keçirilən oyunda 2:4 hesablı yenilgindən pis təsirlənən çalışdırıcının Vüqar Bəybalayevi əvəzedici heyətə göndərməsini də bir daha qeyd edək.
SPORTİNFO.AZ

