“Sumqayıt” Samir Abasova görə AFFA-ya müraciət etdi

14 Noyabr 2022 16:40 Sumqayıt 1 180
“Sumqayıt” Samir Abasova görə AFFA-ya müraciət etdi

“Sumqaylt” AFFA-ya appelyasiya şikayəti göndərib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.

Onun sözlərinə görə, müraciət komandanın baş məşqçisi Samir Abasovla bağlıdır. Belə ki, Premyer Liqanın XIII turunda “Neftçi”ni qəbul edən (2:2) “kimyaçılar”ın çalışdırıcısı 81-ci dəqiqədə texniki zonadan kənarlaşdırılıb.

Buna səbəb kimi onun oyunun rəsmi şəxsini (“Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampfı) təhqir etməsi göstərilib. Odur ki, 4000 manat ziyana düşüb. 44 yaşlı mütəxəssis isə 5 oyunluq diskvalifikasiya olunub.

“Sumqayıt”lılar “Şamaxı” ilə son görüşü tribunadan izləyən Abbasovun cəzasının yüngülləşdirilməsini, həmçinin cərimənin azaldılmasını xahiş edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti