Sir deyil ki, qış fasiləsində Samir Abasovun istəyi ilə "Sumqayıt"da bir neçə futbolçu ilə yollar ayrılacaq.
Məşqçinin qərarı yox, aldıqları yaxşı təklif səbəbindən "kimyaçılar"ı tərk edənlərin olacağı da ehtimallar arasındadır.
Məsələn, mətbuatda çıxan xəbərlərə görə, Vüsal İsgəndərli, Səbuhi Abdullazadə və Rüfət Abdullzadəyə Türkiyə, Şimali Makedoniya və Polşa klubları ciddi maraq göstərir.
Maraqlıdır, adıçəkilənlərlə bağlı təmsilçimizə əcnəbi klublardan hər hansı təklif gəlibmi?
Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bunları dedi:
"Bəli, mətbuatda hər üç futbolçumuzla fərqli ölkələrdən maraqlanan klubların olması barədə mən də oxumuşam. Amma həmin futbolçularla bağlı kluba hər hansı müraciət daxil olmayıb.
Nəinki haqqında danışdığımız üç futbolçumuz, ümumiyyət, digər futbolçularla bağlı da nə yerli, nə də xarici klubdan bizə rəsmi müraciət daxil olmayıb".
XANOĞLAN / SPORTİNFO.AZ

