"Sumqayıt" azarkeşi izləyir, görür və doğru qiymətləndirir!

18 Noyabr 2022 23:40 Sumqayıt 405
"Sumqayıt" azarkeşi izləyir, görür və doğru qiymətləndirir!

"Sumqayıt", deyəsən, özünə gəlməyə başlayır.

Hər halda komandanın ötən turda güclü "Neftçi"dən xal alması bunu deməyə əsas verirdi.

Məsələ heç xal almaqda da deyil. Axı meydanda həm də yaxşı oyun vardı.

Matça baxmayan düşünər ki, meydan sahibləri ultramudafiə və təsdüfi qollarla bərabərlik əldə edib. Hər halda onları da qınamaq olmaz. Belə düşünməyə kifayət qədər əsas var. Ki, arxada qalan 12 turda cəmi 2 qol vuran komanda hələm-hələm parlaq oyunla yadda qalıb.

Amma bu dəfə durum heç də belə deyil. Abasovun yetirmələri 90 dəqiqə rəqibinə qarşı layiqli mübarizə apardı. Hətta bərabərliklə barışmayaraq son dəqiqələrə qələbə qolunun axtarışına da çıxmışdı. Əbəs deyil ki, "Neftçi"nin təzyiqi qarşısında komanda topu hara gəldi vurmur, yaxşı əks hücumlar yaradırdı. Sadəcə futbolçuların qeyri-dəqiqliyi son 5-6 dəqiqədə minimum 2 real qol epizodunun qaçırılması ilə nəticələndi.

Mətbuat konfransında da təcrübəli mütəxəssis qələbə qazan bilmək şanslarından danışdı.

Gələcəyə ümid verən bu prosesləri azarkeşlər də görür, izləyir və qiymətləndirir. "Ağ qaralar"la oyunda olduğu kimi.

Yerli publika mövsümdə qələbə üzünə hələ də həsrət qalan komandanı yanına çağıraraq, gurultulu alqış sədalarına qonaq etdilər. Eyni mənzərə azalır bir ildi "Kapital Bank Arena"da yaşanmırdı. Tərəfdarlar tərəfdən atılan addım komandaya inamın əyani təzahuridir. İndi qalır həmin inamı qarşıdamı matçlarda qələbələr qazanaraq daha da gücləndirmək.

Şamaxı səfəri bu baxımdan əla fürsət idi. Amma Abasovun yetirmələri həmin ümidlərin dirçəlməsinə töhvə verə bilmədilər.

Qələbə bir kənara, "kimyaçılar" səfərdən bir xalla belə qayıda bilmədi. Hesabın 1:4 olduğu dəqiqələrdə Səbuhi Abdullzadənin təsəlli qolu olmasaydı komanda daha irihesablı məğlubiyyət yaşaya bilərdi.

Məğlubiyyətlə bərabər oyun komponentlərində də qonaqlar "Şamaxı"dan çox geri qalırdı.

Fanatlar da bunu rahatlıqla hiss etdikləri üçün bir tur əvvəlki "Neftçi" matçından fərqli olaraq, bu dəfə futbolçuları alqış üçün yox, narazılıqların bildirmək üçün tribunalara dəvət etdilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti