AFFA Samir Abasovun söyüşünə bu qədər “QİYMƏT QOYDU”

10 Noyabr 2022 16:20 Sumqayıt 1 011
AFFA Samir Abasovun söyüşünə bu qədər “QİYMƏT QOYDU”

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda bu qərarlar qeydə alınıb:

“Neftçi” "Sumqayıt"la səfər oyununda stadiona gecikdiyi üçün 800 manat cərimə edilib (maddə 54).

Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiyinə görə Sumqayıtın eyniadlı klubu 800 manat xərcə düşüb. (maddə 60).

“Sumqayıt”n baş məşqçisi Samir Abasov 84-cü dəqiqədə oyunun rəsmi şəxsini təhqir etdiyinə görə klubu 4000 manat ziyana salıb. O, texniki zonadan 5 oyunluq kənarlaşdırılıb (maddə 41.4.).

“Səbail” – “Sabah” oyununda ev sahibləri PFL-in futbol himnini səsləndirilməyib. Bu səbəbdən “dənizçilər” 800 manat cəriməyə məruz qalıb (maddə 84).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti