Qış fasiləsində "Sumqayıt"dan ayrılacaq futbolçular arasında Vüsal İsgəndərli də yer ala alacaq.
Ayrılığın başlıca səbəbi yarımmüdafaiəçiyə Türkiyədən təkliflərin olmasıdır.
Əgər danışıqlar müsbət yekunlaşsa, o, mövsüm ikinci yarısını qardaş ölkədə keçirəcək.
27 yaşlı oyunçunun "Sumqayıt"dan əvvəlki karyerasında Türkiyə səhifəsi olub. O, bu ölkənin Birinci Liqa təmsilçisi "Keçiörengücü"də çıxış edib.
Təcrübəli vinger bu mövsüm forma geyindiyi 13 oyunda komandasının vurduğu 4 qoldan 3-nün asistin edib.
Millimizin sabiq üzvü ölkəmizdə "Sumqayıt"dan başqa "Keşlə" (indiki "Şamaxı"), "Zirə", "Rəvan" və "Simurq" klubunun da formasın geyinib.
SPORTİNFO.AZ

