"Sumqayıt"ın bəxti gətirmədi, "Neftçi" 1 xal qazandı - FOTOREPORTAJ

6 Noyabr 2022 03:30 Sumqayıt 792
"Sumqayıt"ın bəxti gətirmədi, "Neftçi" 1 xal qazandı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" Sumqayıtda eyniadlı komandanın qonağı olub.

"Kapital Bank Arena"da oynanılan görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İlk qolu 42-ci dəqiqədə meydan sahibləri vurublar. Yeni transfer Riçard Qadze fərqlənib.

47-ci dəqiqədə Qodsvey Donyo tarazlığı bərpa etsə də, 61-ci dəqiqədə Murad Xaçayev "gənclik şəhəri" təmsilçisini yenidən hesabda önə keçirib. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Ataa Caber qoyub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan "Sumqayıt" isə sonuncudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti