Abbasovun diqqətinə: Əvvəl "Kəpəz" vardısa, indi də "Şamaxı"...

5 Noyabr 2022 14:40 Sumqayıt 670
Abbasovun diqqətinə: Əvvəl "Kəpəz" vardısa, indi də "Şamaxı"...

Samir Abasovun "Sumqayıt"a ikinci dönüşü hələki uğursuzluqla müşahiyət olunur.

"Kimyaçılar" Abasovun rəhbərliyi altında meydana çıxdığı 5 oyunda yalnız 1 xala qazana bilib.

Aktivində 4 xalı olan kollektiv sonuncu pillənin şəriksiz sahibidir. Ki, dünən “Şamaxı” çətin Tovuz səfərindən qələbə ilə qayıdaraq xalını 7-yə yüksəldə bildi.

“Sumqayıt” indi həm də mövsümdə qələbəsisz qalan tək kollektivdir.

Komanda elə günə salınıb ki, baş məşqçidədn də xüsusi nəsə ummaq olmur. Əbəs deyil ki, o da qarşıdakı fasiləni səbrsizliklə gözləməsinə bur neçə dəfə eyham vurub. Amma qışı gözləmək də sonra gec ola bilər. Son həftələr aktivindəki xalları bir xeyli zənginləşdirən “Kəpəz” vardısa, indi də “Şamaxı” eyni xətti cızmaqdadır.

Arada ciddi fərq, uçurum yaransa, qışdan sonra onu aradan qaldırmaq mümkünsüz ola bilər. Ona görə də təcrübəli mütəxssis əlini çırmalamalı və qışa kimi müəyyən xallar toplamalıdır. Ən azından yeni ilə sonuncu pillədə yollanmaq olmaz. Axı fasilədə təkcə Samir bəyin komandası yox, elə onun əsas rəqibləri də güclənəcək.

Bu gün geridönüş üçün əla fürsətdir. Hə, rəqibin “Neftçi” olması qorxulu görünə bilər, amma daha qorxulu səslənən “Qarabağ”la dueldə matçın 2/3 hissəsin öndə olmaq olursa, bu gün niyə yox?

Abasovu matça motivasiyə edən ilk qələbə aclığıdırsa, digəri də rəqibin adıdır.

Çünki sonuncu dəfə “Ağ qaralar”a çempionluq yaşadan mütəxəssislə ardınca haqqsız şəkildə yollar ayrılmışdı. Yəqin ki, Abasov həmin başverənləri heç unutmayıb. Heç Laurentsiu Regekapmfın yetirmələri də sonuncu həftələr özünə bənzəmir. Onun komandası son 5 oyunda yalnız iki qələbə qazana bilib. Xal itkiləri arasında “Qarabağ” və “Sabah”a məğlubiyyətlər varsa, “Turan Tovuz”la oyundakı bərabərlik də yaddan çıxmamalıdır. Həm də Abasovun yetirmələri üçün yaxşı dərslik olmaldır. Ki, onlara olar, bizə yox?

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti