Eduardo Karo Balada Azərbaycana qayıtmaqdan imtina edib.
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov onu fiziki hazırlıq üzrə köməkçi götürmək istəyirdi.
O, “Neftçi”dən yaxşı tanıdığı Eduardo Karo Balada ilə təkrar bir yerdə çalışmaq niyyətində idi.
Yaxınlarda “kimyaçılar”ın sükanı arxasına qayıdan mütəxəssisin ispaniyalıya indi dəvət göndərməsinin səbəbi varıydı.
Belə ki, bu ilin yayında Aleksey Baqanın köməkçiləri sırasına qoşulan Qoran Başiç Azərbaycanı tərk edib. Serbiyalı komandanın fiziki hazırlığına məsuliyyət daşıyırdı.
Samir Abasov 38 yaşlı yardımçının işindən razı qalmadığından, onunla birillik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Eduardo Karo Balada isə əvvəllər də “Sumqayıt”da işləyib. 2019-2020-ci illərdə Ayxan Abbasovun korpusunda yer alıb. Buradan Türkiyəyə - Mert Nobrenin dəvəti ilə “Gənclərbirliyi”nə yollanıb.
İki ay sonra isə Super Liqa təmsilçisindəın aytılıb və “Neftçi”yə gəlib. O, bu ilin mayınadək “ağ-qaralar”ın uğurları üçün əlindən gələni edib.
Prineyli mütəxəssisin növbəti dəfə Azərbaycana dönnmək fürsətini dəyərləndirməməsi Kiprdən aldığı təklifə görədir və mövsüm başa çatmamış adadan ayrılmaq niyyətindən uzaqdır.
SPORTİNFO.AZ

