«Aleksey Baqa ölkəmizin ən yaxşı məşqçilərindən biridir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında belaruslu futbol agenti Vitali Kuznetsov deyib.
O, ötən ilin dekabrında «Sumqayıt»ın sükanı arxasına keçən və 1 ay öncə buradan ayrılan həmyerlisi haqda danışıb.
Menecer bildirib ki, Baqanın Azərbaycanda uğursuzluğa düçar olmasının səbəbləri ona qaranlıqdır:
«Mən bu klubla yaxından tanış deyiləm, «mətbəx»də nələrin baş verməsindən xəbərsizəm. Bildiyim odur ki. «Sumqayıt» heç vaxt çempionluq uğrunda mübarizə aparmayıb.
Baqa ora getmişdisə, yəqin ki, hansısa perspektiv görüb. Mən onu BATE-dən yaxşı tanıyıram.
Borisov klubunda uğurları var. Həmçinin Litva və Qazaxıstanda da çempion olub.
BATE-də güclü futbolçular var idi. Baqa səviyyəli yerli və legionerlərdən ibarət əla komanda yaratmışdı. Belə futbolçuarla işləmək, nə istədiyini onlara izah etmək və nəticə qazanmaq ona çətin deyildi.
Onunla son vaxtlar danışmaq imkanım olmayıb. Fürsət yaransaydı, «Sumqayıt» haqda ona bir neçə sual verərdim.
Baqanın savadına şübhəm yoxdur, o, tezliklə özünə yaxşı klub tapacaq».

