"Sumqayıt”ın yeni transferinə ödəyəcəyi məbləğ məlum olub.
"Kimyaçılar" son olaraq Banqadeşdə - “Şeyx Rassel”də çıxış etmiş Riçard Qadzeyə hər ay 2500 dollar əməkhaqqı verəcək.
“Gənclik şəhəri” təmsilçisi 28 yaşlı qanalı hücumçu ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub
SPORTİNFO.AZ

