«Sumqayıt»ın baş məşqçisi Samir Abasov legionerlərə sonuncu dəfə xəbərdarlıq edib.
Təcrübəli mütəxəssis Aleksey Baqanın dönəmində transfer olunan əcnəbi futbolçuları komandaya can yandırmamaqda qınayıb.
O, Premyer Liqanın 12-ci turunda «Turan Tovuz»la keçirilən səfər matçına (0:1) həsr olunan toplantıda bu haqda danışan çalışdırıcı uğursuzluq zolağından çıxmağın vacibliyini vurğulayıb.
Klub və azarkeşlər naminə birləşməyin gərəkdiyini bildirən S.Abasov üzünü legionerlərə tutaraq, «özünüzü göstərməsəz, tezliklə hamınızı əvəzedici heyətə, oradan isə evinizə göndərəcəm» söyləyib.
SPORTİNFO.AZ

