Samir Abasov ispaniyalıya dəvət göndərdi – Üçüncü dəfə bura qayıt!

29 Oktyabr 2022 20:00 Sumqayıt 1 600
Samir Abasov ispaniyalıya dəvət göndərdi – Üçüncü dəfə bura qayıt!

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov fiziki hazırlıq üzrə yeni köməkçi götürmək istəyir.

O, “Neftçi”dən yaxşı tanıdığı Eduardo Karo Balada ilə təkrar bir yerdə çalışmaq niyyətindədir.

Bir ay öncə “kimyaçılar”ın sükanı arxasına qayıdan mütəxəssisin ispaniyalıya indi dəvət göndərməsinin səbəbi var.

Belə ki, bu ilin yayında Aleksey Baqanın köməkçiləri sırasına qoşulan Qoran Başiç Azərbaycanı tərk edib. Serbiyalı komandanın fiziki hazırlığına məsuliyyət daşıyırdı.

Samir Abasov 38 yaşlı yardımçının işindən razı qalmadığından, onunla birillik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Başiç karyerası ərzində “Voyvodina” (Serbiya), “Buriram Yunayted” (Tayland) və Serbiyanın U-18 millisində çalışıb.

Eduardo Karo Balada isə əvvəllər də “Sumqayıt”da işləyib. 2019-2020-ci illərdə Ayxan Abbasovun korpusunda yer alıb.

İspaniya buradan Türkiyəyə - Mert Nobrenin dəvəti ilə “Gənclərbirliyi”nə yollanıb.

İki ay sonra isə Super Liqa təmsilçisindəın aytılıb və “Neftçi”yə gəlib. O, bu ilin mayınadək “ağ-qaralar”ın uğurları üçün əlindən gələni edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti